Modern.az

Spikerdən İmamverdi İsmayılova cavab: “Hamı deputatdır və danışmaq istəyir”

Spikerdən İmamverdi İsmayılova cavab: “Hamı deputatdır və danışmaq istəyir”

Aktual

1 May 2020, 18:13

“Növbəti iclasların gündəliyinə daha az məsələlər salınmalıdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, normalda 1 saat yarım işlədikdən sonra insanlar yorulur və ən azından kofe fasiləsinə çıxırlar:

 

“Amma artıq biz 2 saat işləmişik”.

 

Spiker Sahibə Qafarova isə bildirib ki, koronavirusla əlaqədar iclasın gündəliyinə belə çox məsələ daxil edilir:

 

“Biz tez-tez iclaslara gəlməmək üçün belə edirik”.

 

Deputat İmamverdi İsmayılov bildirib ki, həmkarları bir az qısa çıxış etsələr, iclaslar tez bitər.

 

Spiker isə cavabında bildirib ki, hamı deputatdır və danışmaq istəyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...