Modern.az

“Əli Kərimliyə siyasətçi demək olmaz” - Siyavuş Novruzov

“Əli Kərimliyə siyasətçi demək olmaz” - Siyavuş Novruzov

Aktual

5 May 2020, 12:23

"Burada həmkarım (Razi Nurullayevi nəzərdə tutur - red.) Əli Kərimli ilə bağlı məsələyə toxundu və onu siyasətçi kimi təqdim etdi. Məbu bu fikirlə razı deyiləm, Əli Kərimli siyasətçi deyil, o, siyasi alverçidir".

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

 

O bildirib ki, Əli Kərimlinin işi odur ki, Azərbaycanı gözü götürməyən xarici dairələrlə, erməni lobbisi ilə alverə girsin, ölkəmizə qarşı qarayaxma aparsın:

 

“Onun hansı dəyərləri var ki, gəlib dialoqda iştirak etin? Xaricdən buna tapşırıq verənlər desə, dialoqa gələcək. Və orada o həmin dairələrin maraqları ilə gələcək və ona görə də ona siyasətçi demək olmaz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...