Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.