Bu gün saat 12-də Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, İntizam komissiyası Milli Məclis formalaşandan sonra ilk dəfə toplaşır.
Komissiyanın sədri Eldar İbrahimov ilk iclasın maraqlı olacağını bildirib:
“Bildiyiniz kimi, COVİD-19 pandemiyası səbəbindən ölkədə karantin rejimi tətbiq olunub. Bu səbəbdən də İntizam komissiyası olaraq toplaşa bilmirdik. Bu gün ilk toplantımızı keçirəcəyik. İclasın məqsədi tanışlıq xarakteri daşıyır.
Komissiyanın tərkibində yeni deputatlar da yer alıb. Bizim də vəzifəmiz ümumi qaydalar barədə məlumat vermək, etik davranışı təbliğ etməkdir. Hesab edirəm ki, ilk toplantımız maraqlı olacaq”.
Qeyd edək ki, İntizam komissiyasının tərkibinə aşağıdakı deputatlar daxildir:
1. Fəzail Ağamalı
2. Nurlan Həsənov
3. Afət Həsənova
4.Məlahət İbrahimqızı
5.Eldar İbrahimov
6. Nəsib Məhəməliyev
7. Hikmət Məmmədov
8.Məşhur Məmmədov
9.Səttar Möhbalıyev
10. Madər Musayev
11. Nizami Səfərov