Keçmiş deputat Rifət Ağalarov Milli Məclisdə icra etdiyi vəzifəsindən azad edilib.
Modern.az-ın məlumatına görə, R.Ağalarov parlamentin Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini idi.
O, təqaüdə göndərilib.
Bundan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilmişdi.