Modern.az

“Prezident bu həmrəyliyi yüksək qiymətləndirir” - Tahir Rzayev

“Prezident bu həmrəyliyi yüksək qiymətləndirir” - Tahir Rzayev

Aktual

6 May 2020, 11:10

“Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyein təşəbbüsü ilə Təmas qrupu formatında görüşün keçirilməsi ölkə başçısının bəşəri ideyalara, insanların sağlamlığına, təhlükəsizliyinə sadiqliyinin ifadəsi olmaqla bərabər, həm də koronavirus pandemiyasının dünyanı təhlükə qarşısında qoyduğu bir vaxtda dövlətləri, xalqları birgə mübarizəyə səfərbər etmək üçün bir çağırışdır”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, türkdilli ölkələri bu virusla mübarizəyə səfərbər edən dövlətimizin başçısı Zirvə görüşünü keçirtməklə bütün dünya dövlətlərinin diqqətini bir daha pandemiyaya qarşı ciddi tədbirlər görməyə yönəltdi:

 

“Xəstəliklə əlaqədar ölkəmizdə həyata keçirilən mühüm tədbirləri geniş ictimaiyyətə çatdırdı. Cənab İlham Əliyev Azərbaycan xalqının təhlükəsizliyinin, sağlamlığının, əmin-amanlığının onun üçün ən başlıca vəzifə olduğunu bu görüşdə bir daha sübut etdi. Xəstəliyin törətdiyi çətinliklərin aradan qaldırılmasına 3,5 milyarddan çox vəsaitin yönəldilməsinə baxmayaraq bundan sonra da bu istiqamətdə ciddi tədbirlərin görüləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı Zirvə görüşünü təşkil etməklə özünün uzaqgörənliyini, həm də çətin anlarda azərbaycanlıların dözümlü, mübariz və səxavətli, həmrəy, dövlətə, xalqa sədaqətli olduğunu, öz prezidentləri ətrafında sıx birləşdiklərini dünya ictimaiyyətinə göstərdi. Bu bir həqiqətdir ki, ölkə rəhbərinin koronavirus pandemiyasının yayılma ehtimalının meydana gəldiyi andan qabaqlayıcı tədbirlər görməsi mühüm təsir vasitələrindən istifadə olunması həm də insanların öz prezidentlərinin səsinə səs verməsi və həmrəylik nümayiş etdirməsi, qayda-qanuna əməl olunması itkilərimizi qat-qat azaltdı, bir çox çətinlikləri aradan qaldırdı. Azərbaycan prezidenti bu həmrəyliyi yüksək qiymətləndirir. Təsadüfi deyildir ki, Prezident birliyimizi, həmrəyliyimizi nailiyyətlərimizin əsası hesab edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV