Modern.az

“Şuşanın simvolu olan heykəllər Şəhidlər Xiyabanına qoyulsun” - Qənirə Paşayeva

“Şuşanın simvolu olan heykəllər Şəhidlər Xiyabanına qoyulsun” - Qənirə Paşayeva

Aktual

8 May 2020, 11:45

"Biz inanırıq ki, Ali Baş komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. O bildirib ki, bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir.

 

Komitə sədri daha sonra güllələnmiş abidələrin Şəhidlər Xiyabanına qoyulması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib:

 

“Şuşanın simvolu olan Xurşudbanu Natavan, dahi Üzeyir bəy Hacıbəyli və böyük Bülbülün heykəlləri işğalçı Ermənistan vandalizminin qurbanıdır. Heykəllərin hər 3-ü indi İncəsənət Muzeyinin həyətində saxlanılır. Amma ölkəmizə gələn rəsmi qonaqlar, xarici turistlər, o cümlədən vətəndaşlarımız bu muzeyi az hallarda ziyarət etdikləri üçün muzeyin həyətində olan heykəlləri də görə bilmirlər. Çox yaxşı olardı ki, Şuşanı və işğalçı Ermənistanın vandalizmini anlatan bu heykəllər Şəhidlər Xiyabanına və ya Dənizkənarı Bulvara qoyulsun. Çünki Şəhidlər Xiyabanına və ya Dənizkənarı Bulvara qoyularsa, ölkəmizə gələn rəsmi qonaqlar, çoxlu sayda turistlər və vətəndaşlarımız bu heykəlləri görüb vəhşi erməni vandalizminin dəhşətlərinin yaxından şahidi ola biləcəklər.”

 

Qənirə Paşayeva Nazirlər Kabinetinin bu təklifə reaksiya verəcəyinə və məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV