Modern.az

“Bütün yollarda Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb”

“Bütün yollarda Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb”

Aktual

8 May 2020, 11:58

"Möhtərəm Prezidentimiz xaricdə, beynəlxalq kürsülərdə, eləcə də ölkəmizdə informasiya təbliğatı ilə bağlı ciddi mesajlar verir. O hər dəfə bizə, siyasətçilərərin, ziyalılarin nəinki işğal altında olan Qarabağla bağlı, hətta İrəvan, Zəngəzur, və Göyçə, Qərbi Azərbaycanla bağlı görməli vəzifə və məsuliyyətlərinin olduğunu xatırladır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, dövlətimiz istər iqtisadi, istərsə də ordu baxımından işğalçı Ermənistandan güclüdür:

 

“Bu gün bizim görməli olduğumuz ən vacib iş təbliğat və təşviqatdır. Ermənistanın bütün magistral yollarında işğal etdikləri Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb. Hətta bu xəritədə Naxçıvan da Ermənistan torpağı kimi göstərilib. Bu gün istər Bakıdan Gürcüstana, istər şimala, istərsə də cənuba doğru heç bir yolda işğal edilmiş torpaqlarımızla bağlı xəritə göstərilmir. Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV