Modern.az

Parlament bu protokolu təsdiq etdi

Parlament bu protokolu təsdiq etdi

Aktual

8 May 2020, 12:07

Milli Məclisin bu gün keçirilən iclasında “GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, iclasda 2019-cu il sentyabrın 26-da Nyu-York şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 34-cü iclasında imzalanmış "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi təklif edilib.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!