Yalan informasiya yaymağa görə məsuliyyətin ağırlaşdırılması təklif edilir. Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, radikal müxalifət koronavirusda istifadə edərək yalan məlumatlar yaymaqla cəmiyyəti çaşdırmağa çalışır:
“Hesab edirəm ki, buna qarşı tədbirlər görülməlidir. İnformasiya dəqiq deyilsə, xalqı çaşdırmağa xidmət edirsə, dövlət əleyhinə yönəlirsə, qərəzlidirsə, bununla bağlı ciddi addımlar atılmalıdır”.
S.Novruzov professor Cəmil Həsənlinin sosial şəbəkədə yazdığı statusa da toxunub:
“Özünü alim adlandıran Cəmil Həsənli xaricdə oturub Milli Təhlükəsizlik Nazirliyinin 94-cü ildən sonrakı arxivlərinin açılmasını istəyir. Bundan əvvəl isə 92-93-cü ildə arxivlərin açılmasını istəyirdi, ancaq indi biliblər ki, 92-93-cü illərin arxivləri açılsa, öz adları çıxacaq oradan. Onlara bu məlumatı xaricdən veriblər ki, sizin adınız var orada. Buradan bir daha aydın olur ki, onlar xarici qüvvələrə işləyirlər”.