Modern.az

Azərbaycan bayrağı ilə bağlı yeni QAYDA

Azərbaycan bayrağı ilə bağlı yeni QAYDA

Aktual

8 May 2020, 13:16

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında” qanunu ilə müəyyən ediləcək.

 

Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV