Modern.az

İlham Əliyev dünyada sülhün tərəfdaşı kimi çıxış edir - Tahir Rzayev

İlham Əliyev dünyada sülhün tərəfdaşı kimi çıxış edir - Tahir Rzayev

Aktual

9 May 2020, 12:47

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Mir” televiziya kanalına verdiyi müsahibə  bu günün reallıqlarını, dünyada baş verən hadisələri, koronavirusun  yaratdığı çətinlikləri və ona qarşı aparılan mübarizə tədbirlərini təhlil edərək qiymətləndirmək baxımından dəyərlidir. Ölkə rəhbəri müsahibəsində bir daha xatırladıb ki, insanların təhlükəsizliyi, sağlamlığı onun üçün hər şeydən əzizdir”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Tahir Rzayev deyib.

 

Komitə sədri bildirib ki,  bunun üçün ilk gündən bütün tədbirlər görülüb və görülməkdə davam edir:

 

“Böyük təşkilatı işləri aparılıb. Tibbi avadanlıqlar alınıb, xəstəxanalar qaydaya salınıb. Yeni xəstəxanalar quraşdırılıb. Maarifləndirmə işlərinə önəm verilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, Zirvə görüşlərinin  videoformatlarda  keçirilməsi dünya səhiyyə təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, xalqları qorxuya salan koronavirus pandemiyasına qarşı mübarizəyə, birliyə xidmət edir. Bu da dövlətimizin başçısının humanist baxışlarından irəli gəlir. İlham Əliyev dünyada sülhün tərəfdaşı kimi çıxış edir və daimi olaraq  xalqları, dövlətləri mehriban əməkdaşlığa cəlb etmək əzmindədir”.

 

Tahir Rzayevin sözlərinə görə, prezidentin rusiyalı jurnalistin Azərbaycan-Rusiya  münasibətləri barədə verdiyi suallarını cavablandırarkən bütün bunlar bir daha qeyd edilib:

 

“Cənab prezident bildirdi ki, bizim bütün sahələrdə əlaqələrimiz möhkəmdir. Hər bir istiqamət üzrə dəqiq planlarımız, vəzifələrimiz, tapşırıqlarımız vardır. Bütün bunlar ölkəmizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Əməkdaşlıq səviyyəsinin əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək, rifahın daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq. Cənab İlham Əliyev öz çıxışında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılacağına, sosial layihələrin bundan sonra da müvəffəqiyyətlə həyata keçiriləcəyinə müharibə veteranlarına, əlillərə, kimsəsizlərə qayğı və diqqətin durmadan artırılacağına əminliyini bildirib. Onun üçün insan amilinin ən yüksəkdə durduyunu vurğuladı. Ölkə prezidenti bu müsahibəsi ilə bəşəri ideyalara sadiqliyini nümayiş etdirdi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV