Beynəlxalq Türk Akademiyasının böyük qazax mütəfəkkiri və şairi Abay Kunanbayevin 175 illiyi münasibəti ilə çap etdiyi kitablar sırasında azərbaycanlı jurnalist Auda Eyvazlının dilimizə çevirdiyi "Qara söz" də işıq üzü görüb.
“İki qardaş xalq arasımndan dostluğun ən gözəl və bariz nümunəsi ədəbiyyatdır, kitabdır. Çalışacağam ki, bütün ömrüm boyu bu adı doğruldum. Akademiyanın prezidenti, professor Darhan Kıdıraliyə mənə göstərdiyi etimada görə çox minnətdaram. Tərcümə etdiyim kitabın redaktoru əziz dostumuz Əkbər Qoşalı, ikinci redaktoru və korrektoru isə İlhamə Dağlısdır.
Qeyd edim ki, mənim tərcümə etdiyim kitabla eyni vaxtda Abay Kunanbayevin özbək dilinə tərcümə olunan "Qara söz"ü də işıq üzü görüb. Əsəri özbək dilinə isə dəyərli dostlarımız İbaydulla Mirzəyev və Kazakbay Yuldaş tərcümə ediblər. Türk dünyasının ədəbi irsi tükənməzdir”, - A.Eyvazlı deyib.