Modern.az

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Aktual

23 Dekabr 2020, 14:33

Ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edilib. 

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, dekabrın 23-dən  25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında dekabrın 23-dən  25-i səhərədək  ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV