Modern.az

Zəngilanı bərpa edəcəyik - Prezident

Zəngilanı bərpa edəcəyik - Prezident

Aktual

23 Dekabr 2020, 22:30

“Zəngilan rayonunun gözəl mənzərəsi! Səfalı məkan! Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Burda görünür ermənilər yaşayıblar. Amma görün nə gündə! Nə gündə! Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayır, budur, bunun sübutu”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonunun Üçüncü Ağalı kəndinə səfəri zamanı deyib.

 

Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...