Modern.az

Daha bir ölkədə koronavirusun təhlükəli növü aşkarlandı

Daha bir ölkədə koronavirusun təhlükəli növü aşkarlandı

Aktual

25 Dekabr 2020, 00:14

İsveçrədə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.

 

Məlumata görə, Britaniyanın bu ölkədəki iki vətəndaşında ilk dəfə koronavirusun yeni ştammı aşkarlanıb. Onların virusu başqalarına yoluxdurub-yoluxdurmadıqları hələ məlum deyil.

 

Britaniyada koronavirusun yeni ştammının aşkarlanmasından sonra İsveçrə öz ərazisində COVID-19-un yeni növünün aşkarlanmasının qarşısını almaq üçün operativ tədbirlər görüb.

 

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Daha əvvəl Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV