Modern.az

Beyrutdakı partlayışı lentə alan fotoqraf öldürüldü

Beyrutdakı partlayışı lentə alan fotoqraf öldürüldü

Aktual

25 Dekabr 2020, 00:49

4 avqustda Beyrut limanındakı partlayışı lentə alan fotoqraf Josef Badjani ölü tapılıb.

 

Modern.az "mk.ru"ya istinadla xəbər verir ki, yerli mediada fotoqrafın itkin düşdüyü, polisin onun yerini mobil telefonla tapdığı yazılıb.

Daha sonra küçə nəzarət kameralarından qeydlər əldə edilib.

 

Kaxhal qəsəbəsində iki naməlum şəxsin Badjaninin avtomobilə mindiyi zaman ona yaxınlaşaraq güllələdiyi görüntüləri üzə çıxıb.

Qətl hadisəsi Livan ictimaiyyəti arasında böyük səs-küyə səbəb olub.

 

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında dəhşətli partlayış baş verib. Nəticədə 190 nəfər həlak olub, 6 mindən artıq insan yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV