Modern.az

Almaniyada koronavirus xəstələrinin sayı 1,6 milyonu ötdü

Almaniyada koronavirus xəstələrinin sayı 1,6 milyonu ötdü

Aktual

25 Dekabr 2020, 11:08

Almaniyada koronavirusa yoluxma hallarının sayı 1,6 milyonu keçib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Səhiyyə Nazirliyinin strukturna daxil olan və ölkədə COVID-19 ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatlarından görmək olar.

 

 

İnstitutun məlumatına görə, son sutka ərzində Almaniyada koronavirusa yoluxma hallarının sayı 25 533 vahid artıb, 412 nəfər isə COVID-19 qurbanı olub. Bununla da ölkədə aşkar olunan yoluxma hallarının ümumi sayı 1 612 648-ə çatıb. Pandemiya başlayandan bəri 29 182 COVID-19 xəstəsi ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV