Modern.az

Cəlilabadda qanunsuz ov edənlər saxlanıldı

Cəlilabadda qanunsuz ov edənlər saxlanıldı

Aktual

25 Dekabr 2020, 12:28

Cəlilabad və Şabran sakinlərindən qanunsuz silahlar götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan “TOZ-12” və “TOZ-16” markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.

 

Eyni zamanda Şabran rayonu, Əmirxanlı kəndi ərazisində isə qanunsuz ov edən kənd sakini R.Məmmədov saxlanılıb.

 

Ondan “MR-155” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV