Modern.az

Daha 11 nəfər aktiv koronavirus xəstəsi saxlanıldı

Daha 11 nəfər aktiv koronavirus xəstəsi saxlanıldı

Aktual

7 Yanvar 2021, 10:08

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.   

 

Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 6-da respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, sağlamlıq vəziyyəti ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib. 

 


Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 9 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

 

Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV