Modern.az

Əhali bir ildə ərzağa 21,7 milyard manat xərcləyib

Əhali bir ildə ərzağa 21,7 milyard manat xərcləyib

Aktual

18 Yanvar 2021, 16:10

2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 faiz artıb.

 

Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

 

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2019-cu ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

40 166,5

98,7

o cümlədən:

ərzaq məhsulları

19 516,3

103,7

içkilər və tütün məmulatları

2 168,5

100,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

6 415,1

90,9

elektrik malları və mebellər

2 172,3

91,8

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

344,7

101,3

əczaçılıq məhsulları və tibbi ləvazimatlar

748,9

140,5

avtomobil benzini və dizel yanacağı

2 040,8

87,5

digər qeyri-ərzaq malları

6 759,9

95,8

 

 

2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 16,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7 faizi ticarət müəssisələri, 54,6 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artıb, bazar və yarmarkalarda isə 17,2 faiz azalıb.

 

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV