Modern.az

20 Yanvar gecəsi fişəng atan şəxs SAXLANILDI

20 Yanvar gecəsi fişəng atan şəxs SAXLANILDI

Aktual

21 Yanvar 2021, 10:40

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

 

Daxili Işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

 

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV