Modern.az

Azad olunan rayonların bərpası sistemli şəkildə aparılacaq - Deputat

Azad olunan rayonların bərpası sistemli şəkildə aparılacaq - Deputat

Aktual

2 Fevral 2021, 14:26

İşğaldan azad olunan rayonların bərpası sistemli şəkildə aparılacaq. Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək:

 

“Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşacaq. Digər tərəfdən, işğaldan azad oluna ərazilərimizin bərpası zamanı müasir standartlar tətbiq olunacaq, daha sonra həmin rayonlarıın inkişaf modeli digər ərazilərimizə transfer olunacaq. Ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərədə yaradılan xüsusi idarəetmə strukturu səmərli və operativ idarəetmənin həyata keçirilməsinə və neqativ halların qarşısının alınmasına xidmət edəcək. Artıq bir sıra iri infrastruktur layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanı və Şuşa şəhərinə avtomobil yolunun çəkilməsinə başlanılıb və elektrik təminatı ilə bağlı işlər görülür”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!