2020-ci il ərzində 4 işçi qrupu yaratdıq və bununla əlaqədar geniş islahatlar paketi hazırlandı.
Modern.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları” adlı onlayn konfransda bildirib.
M.Abbasbəyli qeyd edib ki, 2020-ci ildə əsasnaməsi tədiq edilən Xidmətin əsas fəaliyyət istiqamət istiqamətləri dövlət nəzarəti və tənzimlənməsi həyata keçirilən əsas sahələr, antiinhisar və haqsız rəqabət, təbii inhisar subyektlərinin fəaliyyəti, reklam fəaliyyəti, dövlət satınalmaları, keyfiyyət infrastrukturu, istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsidir.
Xidmət rəsmisi deyib ki, Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 6 işə baxılması başa çatdırılıb:
“Pozuntuların dayandırılması və aradan qaldırıması məqsədilə bazar subyektlərinə göstərişlər verilib. Hazırda antiinhisar fəaliyyətilə bağlı 1, haqsız rəqabətlə bağlı 4 işə baxılması davam etdirilir”.
Onun sözlərinə görə, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun pozulması əlamətləri üzrə iki işə baxılıb:
“27 412 962 manat maliyyə sanksiyası tətbiq edilib. Eyni zamanda ”Haqsız rəqabət haqqında” Qanunun pozulması əlamətləri üzrə 4 işə baxılıb. 14 179 manat maliyyə sanksiyası tətbiq edilib”.