2020-ci il ərzində istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının qorunması ilə bağlı 3708 müraciət daxil olub.
Modern.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları” adlı onlayn konfransda bildirib.
M.Abbasbəyli qeyd edib ki, müraciətlərin 528-i mobil telefonlarla, 523-ü məişət texnikası ilə, 336-sı geyim əşyaları, 321-i məişət əşyaları ilə bağlı olub:
“Həmçinin 38 obyektdə dərman vasitələrinin satış qiyməinə dövlət nəzarəti həyata keçirilib. Pandemiya dövründə monitorinqlərin intensivliyi və əhatə dairəsi genişləndirilib. Koronavirusun müalicəsində istifadə olunan dərmanların, tibbi maska və spirtin mövcudluğu, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına riayət edilməsi, əsas istehlak mallarının qiymətləri, həmçinin qalınlığı 15 mikronadək olan polietilen torbalara tətbiqolunan qadağaya nəzarət həyata keçirilib”.