Modern.az

Bakıda namalum kişi meyiti tapılıb

Bakıda namalum kişi meyiti tapılıb

Aktual

17 Fevral 2021, 13:28

Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ərazisində 45-50 yaşlarında əynində qara gödəkçə və cins şalvar olan naməlum kişi meyiti tapılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müayinələr zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

 

Onun əlamətləri belədir: Arıq bədən quruluşlu, saçları ağ, gözləri qara rənglidir.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə (012) 432-30-28 şəhər və (055) 284-50-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV