Modern.az

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Aktual

17 Fevral 2021, 17:51

Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, görüşdə Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edərək Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Türkiyə Respublikasının Prezidenti dövlətimizin başçısı İlham Əliyevə salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Azərbaycan  Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edildi, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV