Modern.az

Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur? - CAVAB

Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur? - CAVAB

Aktual

19 Fevral 2021, 10:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğunu açıqlayıb.

 

NazirliyiKdən Modern.az-a verilən məlumata görə, əsasnaməyə əsasən aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:

 

- iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);

- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- hər iki əlin bilək oynağından amputasiyası.

 

II dərəcə əlillik müddətsiz təyin edilir:

 

- bir budun güdülü;

- bir əlin güdülü.

 

III dərəcə əlillik müddətsiz təyin edilir:

 

- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);

- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...