Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2020-ci il ərzində 1385,3 km uzunluğunda avtomobil yoluları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.
S.Məmmədov deyib ki, respublika əhəmiyyətli 254,6 km, yerli əhəmiyyətli 767,2 km, Bakı şəhərində 342,1 km yol, Sumqayıt şəhərində 21,4 km yol təmir edilib:
"Sevindiricidir ki, İsveçrənin “Ümumdünya İqtisadi Forum” ("World Economic Forum") Beynəlxalq Təşkilatının avtomobil yollarının vəziyyətinə dair hesabatına ("Quality of roads") əsasən, Azərbaycan MDB məkanında ən yüksək nəticə göstərib - 1-ci yeri tutub. Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə 24-cü yerdə qərarlaşmışıq. Bildiririk ki, keçən il bu hesabata əsasən 27-ci yerdə idik. 2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü tikilib, 3 körpü təmir edilib. 2 avtomobil tuneli tikilib, bir yeni metal dəmiryolu yol ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verilib. O cümlədən R-32, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda - 7 ədəd, M-4, magistral avtomobil yolunun Bakı-Şamaxı-Muğanlı hissəsində - 2 ədəd körpü və 2 ədəd yeraltı piyada keçidi, R-42, Bəhramtəpə-Biləsuvar avtomobil yolunda – 3 ədəd, R-57, M-5 (46 km) – Şəki avtomobil yolunda – 5 ədəd, M-5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda - 3 ədəd, M-1, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-də, Xırdalan dairəsində 2 ədəd əlavə avtomobil tunelinin tikintisi, Bakı şəhərində 1 ədəd yeraltı və 6 ədəd yerüstü piyada keçidi, Xırdalan dairəsinin yaxınlığında 1 yeni metal dəmiryol ötürücüsünün tikintisi həyata keçirilib. Agentliyinə ayrılmış vəsait hesabına 29 kəndlərarası avtomobil yolu layihəsinin, 2 körpünün və Bakı şəhəri və onun 12 rayonunda qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib".
S.Məmmədovun sözlərinə görə, bu layihələrdən 27 avtomobil yolu və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi başa çatdırılıb:
"Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 12,3 km olan Respublika əhəmiyyətli, uzunluğu 50,9 km olan kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 84,7 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib. Prezident İlham Əliyev ümumilikdə 2020-ci il ərzində 35 dəfə avtomobil yolu və yol qurğularının açılışı və təqdimatı mərasimlərində iştirak edib, öz dəyərli tövsiyyə və tapşırıqlarını verib".