Modern.az

Yol təsərrüfatına dəymiş maddi ziyanın məbləği AÇIQLANDI

Yol təsərrüfatına dəymiş maddi ziyanın məbləği AÇIQLANDI

Aktual

22 Fevral 2021, 12:19

2020-ci ildə yol təsərrüfatına 637 047,16 manat məbləğində maddi ziyan dəyib.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

 

S.Məmmədov qeyd edib ki, bundan 431 538,99 manatı ( 67,74 %) ödənilib:

 

"Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 453 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub. 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib. 46 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlanıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?