"Biz Ələddinin sehrli çırağı deyilik ki, problem yaranan kimi dərhal aradan qaldıraq".
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib. S.Məmmədov mətbuat nümayəndələrinə təmsil etdiyi qurumla sıx çalışmağa səsləyib:
"Bizim Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, sizin həmkarınız Anar Nəcəfli hər zaman mətbuata açıqdır. Yaxşı olar ki, hansısa problemi işıqlandıranda, qurumun mövqeyini də öyrənəsiz, sorğu verəsiniz. Əgər sorğunuz cavablandırılmazsa, o zaman bunu yazınızda, hazırladığınız materialda qeyd edə bilərsiniz. Amma sorğu verməmiş qurumu ittiham etmək doğru deyil".