Modern.az

Vətən müharibəsində AAYDA-nin bir əməkdaşı itkin düşüb

Vətən müharibəsində AAYDA-nin bir əməkdaşı itkin düşüb

Aktual

22 Fevral 2021, 12:26

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməldaşları 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

 

O bildirib ki, müharibədə iştirak edən əməkdaşlardan 10 nəfər zabit olub:

 

“Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə içtirak edən əməkdaşlarımızdan 7 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. Eyni zamanda əməkdaşlarımızdan 44 nəfər döyüşdə göstərdikləri şücaətlərə görə prezident İlham Əliyev tərəfindən medallarla təltif olunublar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi