Modern.az

Buz bağlayan yolların SİYAHISI

Buz bağlayan yolların SİYAHISI

Aktual

24 Fevral 2021, 10:25

Respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib.

 

Bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

 

N.Piriyev qeyd edib ki, Ağsu aşırımında yol tamamilə bağlanıb:

 

«Bakı-Quba-Rusiya yolunun 30 km-dən başlayaraq 204 km-dək yollar buzlayıb. Bundan başqa, Gəndob-Yalama yolu, Bakı- Şamaxı younun 78 km-dəmn 140 km-dək yollarda buzlaşma var. Həmin istiqamətdə gedən sürücülərin diqqətli olmağa çağırırıq. Vətəndaşalara vacib olmadıqca şəxsi avtomobildən istifadə etməmələri tövsiyə edilir».

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi