“Rusiya Prezidenti Putinə 10 noyabr bəyanatı ilə bağlı sual verilərkən, o dedi ki, bu bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırması Ermənistan üçün sui-qəsd olacaq. Mən də Prezident Putinin fikrilə razıyam”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Prezident qeyd edib ki, sabah üçüncü üçtərəfli görüş nəzərdə tutulub:
“Amma mənə hələ də görüşlə bağlı məruzə edilməyib ki, görüş təxirə salınıb, yoxsa yox”.