Milli Məclisin iclasında işsizliklə bağlı məsələ qaldırıldı.
Modern.az xəbər verir ki, bu barədə deputat Elşad Mirbəşiroğlu çıxış edib. Deputat xüsusilə gənc arasında işsizliyin miqyasının ildən-ilə artdığını söyləyib:
“Dünyada işsizlərin sayı 300 milyondan artıqdır. Bunun təxminən 20 faizə qədəri sahibkarlıq yaratmaq imkanlarına malik şəxslərdir. Azərbaycanda isə gənc sahibkarlığın inkiaşfı istiqamətində müxtəlif layihələr, proqramlar tətbiq edilir. Amma bu istiqamətdə intensivliyin artırılması arzu ediləndir. Ölkəmizdə gənc sahibkarlığın inkişafı məsələsinə diqqət ayrılmalıdır. Ağdamda sənaye parkının yaradılması haqda qərar verildi. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə gənc sahibkarlığın inkişaf prioritet kimi götürülməlidir".