Modern.az

İstifadəyə yararlı çimərliklərin  siyahısı açıqlandı

İstifadəyə yararlı çimərliklərin  siyahısı açıqlandı

Aktual

1 İyun 2021, 16:36

Dəniz mövsümü ilə əlaqədar istifadə üçün yararlı olan çimərliklərin ilkin siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, çimərliklərdə tədqiqatlar davam etdirilir:

“Novxanı, Goradil, Sabunçu rayonunda yerləşən Nardaran və Zağulba çimərlikləri baktereoloji cəhətdən əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər. Digər çimərliklərdəki vəziyyətlə bağlı tədqiqatlar iyunun 15-nə qədər açıqlanacaq”.

Nazim Mahmudov onu da vurğulayıb ki, nazirlik tək çimərlik mövsümündə deyil, bütün il ərzində Xəzər dənizinin sahil zolağında tədqiqat aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV