Modern.az

Bu çimərliklərə qadağa qoyuldu

Bu çimərliklərə qadağa qoyuldu

Aktual

1 İyun 2021, 16:38

Çimərlik mövsümünün başlaması ilə əlaqədar dənizə gedən insanlarda yoluxucu, kəskin mədə-bağırsaq xəstəliklərinin yaranmaması üçün dəniz suyunun laborator müayinələri mütəmadi aparılır.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov nazirliyin sosial şəbəkə hesabında sualları cavablandırarkən deyib. O qeyd edib ki, mərkəz dəniz suyunun fiziki, kimyəvi göstəricilərini, baktereoloji, toksikoloji və radioloji göstəricilərini araşdırır:

“Xüsusilə, sahilyanı zolaqlarda qum örtüyünün laborator müayinələrini də həyata keçiririk. Bu tədqiqatlar mayın 25-dən başlayıb və indi də davam etdirilir. Yaxın 5-10 gündə bütün tədqiqatların yekun nəticələri barədə məlumat verəcəyik.

Ümumilikdə, 2021-ci ilə qədər verilən qərara əsasən, Qaradağda Sahil, Səbaildə Şıx çimərliyi, Suraxanıda Hövsan, Xəzər rayonunda Türkan çimərlikləri daim çirklənməyə məruz qaldığına görə vətəndaşların çimməyi müvəqqəti qadağan olunmuşdu”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV