Modern.az

Çimərliklərlə bağlı daha bir XƏBƏRDARLIQ

Çimərliklərlə bağlı daha bir XƏBƏRDARLIQ

Aktual

1 İyun 2021, 17:08

“Kür çayının sahil hissələrindən və qeyri-rəsmi çimərliklərdən istifadə etmək təhlükəlidir”.

 

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov əhaliyə xəbərdarlıq edib. Ekspert xüsusilə Mingəçevir şəhəri ərazisindəki qeyri-rəsmi çimərliklərin təhlükəli olduğunu söyləyib:


“Kür çayı ətrafındakı yaşayış zonalarından vətəndaşlar çimərlik kimi istifadə edirlər. İlk növbədə həmin ərazilərin relyefi, quruluşunun çimərlik sahəsinə uyğun olub-olmaması dəqiqləşməlidir. Bu ərazilər rəsmi surətdə çimərlik kimi qeyd olunmalıdır. Vətəndaşların respublikanın ayrı-ayrı ərazilərində belə göllər və çaylardan istifadə etməsi bir sıra xoşagəlməz halların və bədbəxt hadisələrin olmasına gətirib çıxarır. Vətəndaşların belə yerlərdən istifadə etməməsi məqsədəuyğundur”.

 

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!