Modern.az

Ermənistan Bəsitçayda 40 hektarı məhv edib

Ermənistan Bəsitçayda 40 hektarı məhv edib

Aktual

4 İyun 2021, 16:38

“İşğaldan azad olunmuş ərazilərdə 6 mühafizə olunan ərazi, Laçın, Qubadlı, Arazlı və Daşaltı yasaqlığımız var”.

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

  1. Kərimov qeyd edib ki, xüsusi mühafizə olunan ərazilərə böyük ziyan dəyib:

"Dəymiş ziyan hesablanılır. Bəsitçayla bağlı monitorinq işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə monitorinqlər mütəmadi olaraq davam edilir".

O vurğulayıb ki, Azərbaycan üzv olduğu beynəlxalq konvensiyalar və təşkilatlara müraciətlər olunub:

"Lakin heç bir reaksiya yoxdur. Dünyanın hansısa ölkəsində heyvana zərər vurulursa, bununla bağlı cəld reaksiya verilir. Lakin 30 ilə yaxındır ki, bununla bağlı məsələ qaldıran yoxdur. Bütün çətinliklərə baxmayaraq haqq səsimizi qaldırıb, haqlı mövqeyimizi müdafiə edəcəyik. Bir sıra beynəlxalq təşkilatlardan reaksiyalar ala bilirik".

“İşğaldan azad olunan torpaqlarımızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi mühafizə olunan ərazilərinə də ciddi ziyan dəyib”.

 V. Kərimov həmin ərazidə yerləşən Bəsitçayın ərazisinin 107 hektar olduğunu və onun 100 hektarının meşə çinarlarının qorunması üçün salındığını vurğulayıb:

"Təəssüf ki, onun 40 hektara yaxını məhv edilib. Vurulan ziyanlar hesablanır Bəsitçayla bağlı monitorinq işləri aparılır. Aidiyyatı qurumlar şərait yaratdıqda monitorinqləri təşkil edilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV