Modern.az

“Arif Hacılı və Əli Kərimli qələbəmizə kölgə salır” - Deputat

“Arif Hacılı və Əli Kərimli qələbəmizə kölgə salır” - Deputat

Aktual

8 İyun 2021, 11:40

“Azərbaycan Ordusunun torpaqlarımızı işöaldan azad etməsi hakimiyyətə gəlmək ümidi ilə yaşayan Arif Hacılı və Əli Kərimlini narahat edir”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında deputat Azər Badamov deyib. O qeyd edib ki, həmin müxalifətçilər erməninin hər bir təxribatını hakimiyyətə qarşı çevirməklə torpaqlarımızı işğaldan azad etməyimizi kölgəyə salmağa çalışırlar:

“Onlar müharibə zamanı da bununla bağlı addımlar atırdılar və öz adlarına çıxmağa çalışırdılar. Arif Hacılı iddia edir ki, mina bəhanəsi ilə insanlar azad olunmuş yerlərə buraxılmırlar. Arif Hacılıya cavab olaraq demək istəyirəm ki, sizdən fərqli olaraq insanlarımızın təhlükəsizliyi dövlətimizi daha çox maraqlandırır.

Azad edilmiş ərazilərimiz bərpa ediləcək, əhali ora qayıdacaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV