Modern.az

Azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyası priroritet olacaq - Nazir

Azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyası priroritet olacaq - Nazir

Aktual

8 İyun 2021, 12:52

Maliyyə naziri Samir Şərifov növbəti illərdə dövlət büdcəsinin qarşısında duran prioritet məsələlərlə bağlı Mİlli Məclis üzvlərini məlumatlandırıb.

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən nazir işğaldan azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyasının xüsusilə diqqətə alınacağını bildirib:

“İnvestisiya proqramları ilə bağlı qəbul edilən layihələrin gələcəkdə saxlanılması xərcləri də nəzərə alınmalıdır. Yeni modellərə keçid məsələsi burada qaldırılmışdı, bunlara baxılmalıdır. Burada həssas çıxışlara baxmayaraq, bildirim ki, qaldırılan bütün məsələlərə cavab verilir. Deputatların da hüququdur ki, məsələləri yenidən qaldırsınlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi