Modern.az

Həqiqi əlilliyi əlindən alınan şəxslər var - Musa Quliyev

Həqiqi əlilliyi əlindən alınan şəxslər var - Musa Quliyev

Aktual

8 İyun 2021, 14:39

“Əlilliyi ləğv edilən şəxslər arasında haqsızlıqla qarşılaşanlar da var”.


Modern.az
xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O qeyd edib ki, həqiqətən əlil olan şəxslər var, əlilliyi əlindən alınıb:

“Qanuna dəyişikliklər qəbul ediləndən sonra 800 meyar üzrə faizlər müəyyən ediləcək və Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Bu zaman şəxslərin özü qoyulan diaqnoz əsasında hansı faiz əlil olduğunu müəyyən edə biləcək. Həmin meyarlar Əmək Nazirliyinin saytında da yerləşdiriləcək. Hər kəs bu meyarlarla tanış ola biləcək”.

Komitə sədri 200 minə yaxın şəxsin əlilliyinin ləğv olunacağı  haqqında məlumatın doğru olmadığını da vurğulayıb. 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV