Modern.az

Vüsal Hüseynovdan ölkəyə giriş-çıxış edəcək xaricilərlə bağlı AÇIQLAMA

Vüsal Hüseynovdan ölkəyə giriş-çıxış edəcək xaricilərlə bağlı AÇIQLAMA

Aktual

9 İyun 2021, 11:10

Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər.

Modern.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu haqda məlumat yayıb. V. Hüseynov səyahət edəcək şəxslərə lazım olan sənədlərin siyahısını açıqlayıb:

“Bu halda yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur.

Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV