Modern.az

Qabiliyyət imtahanı verəcək abituriyentlərin nəzərinə!

Qabiliyyət imtahanı verəcək abituriyentlərin nəzərinə!

Aktual

14 İyun 2021, 12:01

Ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən Dizayn (14), Dekorativ sənət (15), Məşqçilik (61), Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, imtahana buraxılış vərəqəsi iyunun 11-dən etibarən abituriyentlərin qeydiyyatdan keçdikləri səhifəyə yerləşdirilib.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!