Modern.az

Bakının mərkəzində xüsusi mühafizə zonası yaradılacaq

Bakının mərkəzində xüsusi mühafizə zonası yaradılacaq

Aktual

22 İyun 2021, 16:43

“Bakının Baş Planına əsasən, paytaxtın mərkəzi rayonu və həmin rayonun daxilində xüsusi mühafizə zonasının yaradılması həyata keçiriləcək”.

 

Modern.az xəbər verir ki, bu barədə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli danışıb. O qeyd edib ki, mərkəzi rayon qərbdən Nərimanov prospekti, cənubdan Neftçilər prospekti, sağda Xəqani Rüstəmov, şimalda isə Bakıxanov küçələrini əhatə edəcək:

 

“Bu zonanın daxilində xüsusi mühafizə zonası olacaq ki, bu da əsasən İçərişəhər və onun əhatə dairəsi, yaxın ətrafda yerli və ölkə əhəmiyyətli tarixi memarlıq və mədəniyyət abidələrinin daha sıx yerləşdiyi ərazidir. Mühafizə zonasının təxmini ərazisi Füzuli küçəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi və Nərimanov prospektini əhatə edəcək. Həmin ərazidə yeni tikililərə icazə verilsə belə, müvafiq normalar qorunmalıdır. Orada 5 mərtəbədən yüksək bina tikilməməlidir. Bütün bu tənzimlənmələrə ciddi nəzarət ediləcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV