Modern.az

Fazil Mustafa bu qanuna dəyişikliyi absurd HESAB ETDİ

Fazil Mustafa bu qanuna dəyişikliyi absurd HESAB ETDİ

Aktual

25 İyun 2021, 14:47

“Yeni qanuna əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək“.

Modern.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin iclasında Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib. Deputatın fikrincə, təklif edilən dəyişiklik absurddur:

“Məsələn, biz deputat olaraq bizə müraciət edən vətəndaşlarla bağlı dövlət qurumuna müraciət edirik. O zaman həmin dövlət qurumu da bizim müraciətimizin əsassız olduğunu yazmalı və bizi də cərimələməlidir? Bu, tamamilə absurddur. Digər tərəfdən, rüsumlar hesabına hansısa qurumların işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi tamamilə aradan qaldırmaq lazımdır”.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV