Modern.az

"Taliban" Əfqanıstanda daha bir rayonu nəzarət altına aldı

Aktual

27 İyun 2021, 11:14

Əfqanıstan Faryab əyalətinin Andoy rayonu “Taliban” silahlılarının nəzarəti altına keçib.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə əyalət rəsmisi Məhəmməd Nader Saidi bildirib. O, qeyd edib ki, döyüşçülər rayona silahlı hücum təşkil edib.

 

Hücum zamanı rayonun mərkəzi “Taliban” tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olub. Məlumata görə, döyüş zamanı rayonun mərkəzindəki 70 mağaza yandırılıb.

 

Qeyd edilir ki, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan hava hücumunda bir neçə dinc sakin də həlak olub. “Taliban” yaydığı açıqlamada rayonun mərkəzindəki bütün inzibati binalarının ələ keçirildiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV