Modern.az

ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir

ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir

Aktual

25 İyul 2021, 09:26

ABŞ “Agile Spirit 2021” təlimlərində iştirak üçün Gürcüstana bir neçə yüz hərbçisini göndərməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

 

Məlumatda həmçinin, ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana “Blek hovk” helikopterlərini də gətirdiyi vurğulanıb.

 

Qeyd edək ki, “Agile Spirit” təlimi Gürcüstanda iyulun 26-da start götürəcək və avqustun 6-na qədər davam edəcək. Təlimə 15 ölkədən 2500 hərbçi qatılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!