Modern.az

Dövlət Agentliyində yoxlamalar aparılır - RƏSMİ

Dövlət Agentliyində yoxlamalar aparılır - RƏSMİ

Aktual

6 Avqust 2021, 15:48

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparır.

 

Bu barədə Modern.az-a Palatadan rəsmi məlumat verilib. Bildirilib ki, Agentlikdəki yoxlamalar artıq yekunlaşmaq üzrədir.

 

Bundan əlavə, İTSDA-da yoxlamaların qurumun fəaliyyəti dövrünü əhatə etdiyi qeyd olunub. Nəticələr Palatanın İdarə heyətinə təqdim edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Qeyd edək ki, Agentlikdəki yoxlamalar barədə ilk xəbəri unikal.org yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!