Modern.az

Lənkəranda əkin sahəsi yanır - FOTO

Lənkəranda əkin sahəsi yanır - FOTO

Aktual

7 Avqust 2021, 11:19

Lənkəran rayonunda əkin sahəsində yanğın başlayıb.

 

Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda rayonun Girdəni kəndi ərazisində yanğın davam edir.

 

Yanğın yaşayış məntəqələrindən kənarda lokal ərazini əhatə edir. Hadisə yerinə FHN əməkdaşlarının cəlb olunması gözlənilir. 

 

Yanğının səbəbi hələlik məlum deyil.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...